Nailiyyətlərimiz

Zərərli vərdişlərə yox deyək!15 dekabr 2017-ci il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115 № li tam orta məktəbdə Bakı Baş Polis İdarəsi əməkdaşlarının məktəbin şagirdləri ilə “Zərərli vərdişlərə yox deyək !” mövzusunda maarifləndirici söhbəti təşkil edilmişdir. Məktəbin şagirdləri bəşəriyyətin ən qlobal problemlərindən olan siqaret, spirtli içki narkomaniyanın sağlamlığa ziyanını nümayiş etdirmək məqsədilə “Pis vərdişlərdən uzaq olaq” adlı kompazisiya ilə çıxış etmişdilər.

İradə Ağalar qızı Sədyarovanın 60 illik yubiley tədbiri keçirilmişdirBakı şəhəri Binəqədi rayonu Azər Məmmədov adına 115№li tam orta məktəbdə Azərbaycan–dili və Ədəbiyyat müəllimi İradə Ağalar qızı Sədyarovanın 60 illik yubiley tədbiri keçirilmişdir. Məktəbin direktoru Məsud Babayev ömrünün ən dəyərli vaxtlarını təhsilin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş İradə Sədyarovaya 60 illik yubileyi münasibəti ilə Fəxri Fərman təqdim etmişdir. Müəllim və şagird kollektivi bahar təravətli şair qəlbli İradə Rəvanın 60 illik ziyası nur saçan ibrətamiz ömrünə can sağlığı arzulamışlar. Əziz İradə müəllimə, 60 illik ziyalı ömrünüz mayaktək parlayaraq Sizdən örnək götürən hər bir kəsin yoluna şəfəq saçsın!

Gənc fizik və gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirildiBakı şəhəri üzrə Təhsil İdarəsinin 15 noyabr 2017-ci il tarixli 228 və 229 nömrəli əmrlərinə əsasən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərinin şagirdləri arasında gənc fizik və gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilmişdir. Müsabiqənin 1-ci mərhələsi ümumtəhsil məktəblərində, 2-ci mərhələsi isə Bakı şəhərinin rayonları üzrə 3 nəfərdən ibarət komandalar şəklində təşkil olunmuşdu. Komandaların tərkibi IX, X, XI sinif şagirdlərindən ibarət idi. Binəqədi, Nəsimi rayonları üzrə ümumtəhsil məktəblərinin müsabiqəsinin keçirilməsi 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə həvalə olunmuşdur. Qalib komandalar Bakı şəhəri üzrə keçiriləcək müsabiqədə iştirak etmək hüququ qazanmışdı.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Umayra Həşimova Vüqar

Ruslan Məmmədov Vüqar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi