Azərbaycan tarixi muzeyinə ekskursiyaAzərbaycanın tarixini öyrənmək və onu öyrətmək cox ciddi məsuliyyətli işdir. Bu fənnin tədrisi xüsusi bilik və bacarıqlarla təşkil olunmalıdır. Məktəbimizdə tarix fənninin tədrisinə xüsusi əhəmiyyət verilir. Belə ki, bu fənnin tədrisində muəllimlərimiz təkcə məktəbdə keçirilən dərs məşğələləri ilə kifayətlənmir, tez -tez tarixi abidələrə ekskursiyalar təşkil edirlər. Belə ekskursiyalardan biri 6 c sinfi ilə təşkil olunmuş, Azərbaycan tarixi muzeyinə olan gəzintidir.
Şagirdlər, tarix müəllimi Əliyeva Ülviyyə və bələdçinin köməyi ilə muzeyi gəzmiş, eksponatları maraqla izləmiş onları maraqlandıran suallara əyani cavab tapmışlar.
“Ümumrespublika yaşıllaşdırma” marafonuBinəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti iməcliklər və ağacəkmə aksiyaları keçirilib.
Məlumat üçün bildirək ki, aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilir. Bu aksiyanın Binəqədi rayonunda geniş şəkildə keçirilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının 8 sentyabr 2017-ci il tarixli 202 saylı sərəncamı imzalanmışdır.
Sərəncamın icrası ilə əlaqədar olaraq aksiyalar rayon əraizisində davam etdirilir. Belə ki, Binəqədi rayonu, 76, 90, 193, delfin, sahil uşaq bağçalarında və 115 nömrəli məktəbdə gül, bəzək kolları və ağaclar əkilmişdir.
Aksiya iştirakçılarına “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində keçirilən iməclik haqqında məlumat verilimiş və bildirilmişdir ki, dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirilir.
Aksiya zamanı ümumilikdə 1000-dən çox gül və ağac əkilmişdir.
6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzində Bayraq gününə aid tədbirBinəqədi rayonu ərazisində fəaliyyət göstərən 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzində 09 Noyabr - “Azərbaycan Respublikasının Dövlət Bayrağı günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, 6 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri Ziyad Nəbiyev, mərkəzin metodist müəllimləri və şagirdləri iştirak etmişlər. Tədbirdə istedadlı şagirdlər tərəfindən Dövlət Bayrağına həsr olunmuş şeirlər səsləndirilmiş, mahnılar ifa edilmiş və ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Bu tədbirdə 115 saylı tam orta məktəbin şagirdi Ağalarova Aydan Şahlar qızı muğam ifa edərək məktəbimizi təmsil etmişdir.Sonda fərqlənən şagirdlər İdarə tərəfindən diplom və sertifikatlarla təltif edilmişlər.