Nailiyyətlərimiz

12 - Dekabr Heydər Əliyevin Anım GünüdürHər bir millətin varlığının sübutu onun bütövlüyü, qəhrəman və dahi şəxsiyyətlərinin varlığıdır. Amma hər xalqın taleyinə ölümü ilə ölümsüzlük yazan oğullar düşmür. Biz doğurdan da xoşbəxt millətik ki, bizim xalqın taleyinə Allah Heydər Əliyev fenomenini yazdı. Lakin kədərli olsa da, bu gün onun yoxluğunu yaşayırıq. Bu gün 12 dekabr dahi öndər Heydər Əliyevin Anım Günü bütün respublikada olduğu kimi 115 №-li tam orta məktəbdə də qeyd olundu. Bununla əlaqədar olaraq tarix müəllimləri VI – VII siniflər də dəyirmi masalar təşkil etmişdirlər. Şagirdlər ulu öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra məruzə oxunmuş, şeirlər söyləmişlər.

Heydər Əliyev həmişə qəlbimizdədirBinəqədi rayonu 115 №-li tam orta məktəbdə Tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığında müəllim və şagird kollektivinin iştirakı ilə 12 dekabr 2017-ci il tarixli Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev həmişə qəlbimizdədir” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbimizin 7ç sinif şagirdləri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında slayd-film nümayiş etdirib, şeirlər söyləyib, mahnılar ifa etdilər. Sonda məktəbin direktoru Məsud Babayev çıxış edərək iştirakçıları təşəkkürnamə ilə təltif etdi.

TəşəkkürnaməHeydər Əliyev Fondunun vitse – prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində layihələrin Binəqədi rayonunda geniş şəkildə keçirilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının 8 sentyabr 2017-ci il tarixli 202 saylı sərəncamın icrası ilə əlaqədar olaraq Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Azər Məmmədov adına 115 №li tam orta məktəbin ərazisində həyata keçirilən aksiyada pedaqoji kollektivin və şagirdlərin mütəşəkkil iştirakına görə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyevanın 1 dekabr 2017-ci il tarixli 04/10-11-32/454№li məktubu ilə məktəbin direktoru Məsud Babayevə və məktəb kollektivinə təşəkkürnamə bildirilmişdir.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Məmmədova Sevda Adil

Aygün Əlizadə Kamil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi