21 Sentyabr Beynəlxalq Sülh GünüdürSülh- birlik, qardaşlıq, bəşəriyyətin xilası, insanlığın məhvindən qorunması deməkdir. Sülhün müqəddəsliyini dərk edən bəşəriyyət ilin bir gününü 21 sentyabrı məhz Beynəlxalq Sülh Günü kimi qeyd edirlər. 21 Sentyabr Beynəlxalq Sülh Günü bizim məktəbdə də xüsusi gün kimi qeyd olundu, sülhə aid inşa və rəsm müsabiqəsi keçirildi.
15 Sentyabr Bilik GünüdürAzərbaycanda 15 sentyabr tarixi Bilik Günu kimi qeyd olunur. Bu gün 2004- cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün Bilik Günü kimi qeyd olunub.
Bilik Günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə, sevinc və həyacanla gözlənilən, xüsusi qayğı və məmnuniyyətlə, təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub, şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar.
Son ZəngBakı şəhəri 115 №-li tam orta məktəbdə 14 iyun 2017-ci il-ci il tarixində “Son zəng” tədbiri keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanılmışdır. Məktəbin direktoru çıxış edərək tədbiri açıq elan etmiş, məzunları təbrik etmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının nümayəndəsi Şükürov Rahil, Veteranlar şurasının nümayəndəsi Əliyev Məhəmməd, valideynlər adınadan professor Adil Babayev, müəllim və valideynlər iştirak etmişlər. Çıxış edənlər məzunlara gələcək həyatında uğurlar arzulamışdılar. Tədbirdə məktəbin məzunları hazırladıqları kompozisiyaları təqdim etmişdilər. Eyni zamanda məzunları 1-cilər öz şeirləri ilə təbrik etmişdilər. Sonda tədbirin simvolu olan “Zəng” çalınmışdır. Əziz məzunlar! Sizi “Son zəng” münasibətilə bir daha ürəkdən təbrik edir, gələcək həyatınızda uğurlar arzulayırıq!