Pedaqoji şuranın illik hesabatıMayın 13-də məktəbin akt zalında 2016/2017-ci tədris ilinin yekunlarına həsr olunan pedaqoji şura keçirildi. Məktəb kollektivinin 100% iştirakı ilə keçirilən pedaqoji şurada 2016/2017-ci tədris ilin yekunları və qarşıda duran vəzifələr, şagirdlərin sinifdən-sinfə keçirilməsi və buraxılış imtahanlarına buraxılması, Pedaqoji heyətin 2017/2018 –ci tədris ilində təqribi dərs bölgüsü və Cari məsələlər müzakirə olundu. Pedaqoji şurada sonda məktəbin təlim-tərbiyəsi ilə seçilən “ ən yaxşı müəllimləri və ən yaxşı sinif rəhbərlərinə” məktəb direktoru tərəfindən təşəkkür olundu.
Vergilərə dair müsabiqə08.06.2017-ci il tarixdə Bakı şəhəri Vergilər Departamenti vergilərə dair müsabiqə təşkil etdi. A.Məmmədov adına 115 saylı tam orta məktəbin III - XI sinif şagirdləri də bu müsabiqədə iştirak etdilər. İştirakçı şagirdlərimiz layiqli yerler tutaraq, sertifikatla təltif olunublar.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü115nömrəli məktəbin 5 ç sinfində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə " kompozisiya keçirilmişdir.Tədbirdə iştirak edən məktəbin psixoloqu Dadaşova Şövkət uşaqları təbrik edərək ,onlara ən xoş arzularını bildirmişdir.Tədbirin sonunda sinif rəhbəri Cəfərova Nəzakət uşaqlara !!hədiyyələr verərək bir daha təbriklərini söyləmişdir.Allah bütün uşaqları qorusun!