"Ətrafımıza faydalı olaq"müsabiqəsinin qalibiBinəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin 8a sinif şagirdi Lalə Mollayeva TİKA, PƏTƏK və "Sağlam olaq" klubunun "Sağlam qida-Sağlam nəsil" layihəsi çərçivəsində keçirilən "Sağlam davranış" sərgi-müsabiqəsində fəal iştirakına görə TƏŞƏKKÜRNAMƏ, həmçinin həmin layihə üzrə elan edilmiş "Ətrafımıza faydalı olaq"müsabiqəsində "Ən kreativ faydalı olaq" aksiyası" onlayn nominasiyası üzrə 1-ci yer tutduğuna görə DİPLOMLA təltif olunmuşdur.
"Cümhuriyyətin işığı ilə 100 il" adlı möhtəşəm ədəbi -bədii gecə23.05 2018-ci il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinin sədri Nəzakət Cəfərova və Tarix fənn metodbirləşmısinin sədri Ülviyyə Əliyevanın təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş "Cümhuriyyətin işığı ilə 100 il" adlı möhtəşəm ədəbi -bədii gecə keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası, M.Ə.Rəsulzadə bələdiyyəsinin məsul əməkdaşları, həmkarlar ıttifaqının rayon şöbəsinin sədri Almaz xanım, xalqın sevimli şairi Vahid Əziz, valideynlər və müəllimlər iştirak edirdi. 10-11-ci sinif şagirdləri 2018-ci il mayın 28-də qurulmuş parlamentin iclasını əks etdirən kompozisiya ilə, 6-7-ci siniflər doğma Azərbaycana aid şeirlərlə, 4-5-ci siniflər Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kompozisiya ilə, digər şagırdlər mahnı və rəqs nömrələri ilə çıxış edərək Odlar Yurdu Azərbaycana olan sonsuz məhəbbətlərini nümayiş etdirdilər. Tədbir in sonunda məktəbin direktoru Məsud Babayev çıxış edərək tədbirdə iştirak edən və tədbirin hazırlanmasında əməyi olan hər bir kəsə öz təşəkkürünü bildirdi.
Respublika ikincisiİstedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarının nümayiş etdirilməsinə imkan yaradılması məqsədi ilə təşkil edilmiş Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri məlum oldu. Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə 9,10,11-ci sinif şagirdlərinin-ümumilikdə 33 mindən çox məktəblinin iştirak etdiyi bilik yarışmasında Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Mahmudlu Lamiyə coğrafiya fənni üzrə 2-ci yerə layiq görülmüşdür. Birinci sinifdən 115 nömrəli məktəbdə təhsil alan Lamiyə Mahmudlu oxuduğu müddət ərzində həmişə dərs əlaçısı olmuş, fənn olimpiadalarında, inşa yazı müsabiqələrində, "Xəmsə", bir çox intellektual yarışmalarda fəal iştirak edərək məktəb və şəhər turlarının qalibi olmuşdur. 13.05.2018-ci il tarixdə ali məktəblərə keçirilən qəbul imtahanının 1-ci mərhələsində 622 bal toplamışdır. Əldə etdiyi nailiyyətlərə görə şagirdimizi, valideynlərini və müəllimləri ürəkdən təbrik edirik. Ali məktəbə keçirilən imtahanların növbəti mərhələlərində şagirdlərimizə uğurlar diləyirik.