Nailiyyətlərimiz

Son ZəngƏziz məzunlarımız, Sizi, müəllimlərinizi, valideynlərinizi məzun olmağınız münasibətilə təbrik edir, gələcək fəaliyyətinizlə bağlı ən xoş arzularımı bildirirəm. Əziz məzunlar! Siz həyatınızın yeni, demək olar ki, həlledici və çox mühüm bir mərhələsinə qədəm qoyursunuz . Qarşınızda açılacaq yollar arzularınızdan və cəhdlərinizdən asılı olacaq. Bu yolu inamla getmək üçün əsas keyfiyyət gələcəyiniz naminə əzmkar əmək , müəllimləriniz, ailəniz və yaxınlarınız qarşısında məsuliyyət hissi və doğma yurdumuz -müstəqil Azərbaycan Respublikasına olan sevgi və sadiqlikdir. Azərbaycan Respublikasının sürətli inkişaf tempi bütün ölkə vətəndaşları ilə bərabər Sizlər üçün də yeni imkanlar və perspektivlər yaradır. Hamımız əminik ki, Siz bu imkanları gerçəkliyə çevirməklə Azərbaycanın adını daha da yüksəldəcəksiniz. Bu müqəddəs missiyanı şərəflə yerinə yetirmək üçün Siz həmişə ön sıralarda olmalısınız! Yeni zirvələri fəth etməkdə hər birinizə uğurlar diləyirəm.

QaliblərimizBinəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin 4 a sinif şagirdi Cavid Mirzəli Türkiyədə 65 ölkə üzrə azyaşlılar arasında keçirilən Cüdo yarışlarında 3-cü yer tutaraq Fəxri Diploma, 4 a sinif şagirdi Əmir İsmayılov futbol üzrə "Bahar kuboku"nda 3-cü yer tutduğuna görə Diplom və "Bahar kuboku" turnirinin "Ən yaxşı qapıçısı" mükafatına layiq görülmüş, həmçinin məktəbin 3 r sinif şagirdi Gövhər İbrahimovaya Bədii gimnastika üzrə "Xəyala doğru bir addım" yarışında 1-ci yer tutduğuna görə Diplom təqdim olunmuşdur. Məktəbin direktoru Məsud Babayev gənc idmançılarla xatirə şəkli çəkdirərək qaliblərə gələcək təhsillərində və idman sahəsində müvəffəqiyyətlər və yüksək nailiyyətlər arzulamışdır

1 İyun Uşaqların Beynəlxalq Müdafiə GünüBinəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə mədəni-kütləvi tədbirlərdə və məktəbin ictimai işlərində fəal iştirak edərək fərqlənən şagirdlər Təşəkkürnamə və Diplomla təltif olunmuşdur. Məktəbin direktoru Məsud Babayev və məktəbin psixoloqu Şövkət Dadaşova şagirdləri bu gün münasibətilə təbrik edərək onlara təhsillərində uğurlar , müvəffəqiyyətlər və Vətənə layiqli övlad olmalarını arzuladılar.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Fəridə Sadıqova Həbib

Aqil Ağasənli Ağasən

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi