1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdürUşaqların Beynəlxalq Müdafiəsi Günü 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunmuşdur. Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.
Zəngilan rayonuna həsr edilmiş tədbir15.05.2016-cı il Azər Məmmədov adına 115 saylı tam orta məktəbdə Azərbaycanın Zəngilan Rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinin 23 ilinə həsr olunmuş tədbir keçirildi. Bu tədbir çox hörmətli qonaqların iştirakı ilə keçdi. Qonaqlarımız, Gənclər İdman İdarəsinin, YAP-ın, 26 saylı Uşaq Birliyinin, 30 və 99 saylı məktəblərin nümayəndələri oldu. Tədbirdə zəngilanın işğalı haqqında söhbətlər oldu, slayd göstərildi və tamaşalar quruldu.
Narkomaniyaya Yox DeyəkArtıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Və təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır. Azər Məmmədov adına 115 saylı tam orta məktəbdə də Narkomaniya gününə aid tədbir keçirildi. Belə tədbirlərin keçirilməsi gənclərin maariflənməsinə və gələcəkdə həyatlarını düzgün qurmasına kömək edəcək.