Qanlı Yanvar19.01.2017-ci il tarixində 115 saylı tam orta məktəbdə şagird və müəllim kollektivinin iştirakı ilə 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar tədbir təşkil edildi. Tədbirdə 20 yanvar faciəsinə aid səhnəciklər təqdim olundu, şerler deyildi, musiqilər ifa edildi.
Şəhidlər Xiyabanına ziyarət17 yanvar 2017-cı il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115 saylı tam orta məktəbin 5 ç sinif şagirdləri 20 Yanvar şəhidlərinin məzarını, 31 Mart soyqırımı abidə kompleksini, ziyarət etmiş, məktəbin adını daşıyan şəhid Azər Məmmədovun məzarı üstünə tər çiçəklər qoyaraq, şer kompozisiyalarını təqdim etmişlər.
“Ailə dəyərləri” mövzusunda seminarAilə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və ailə dəyərləri bizim milli dəyərlərimizdir. Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır. 12.01.2017-ci il tarixində Azər Məmmədov adına 115 saylı tam orta məktəbdə “Ailə dəyərləri” mövzusunda seminar keçirilmişdir. Seminarda məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak etmişdir. Seminarı “Ailə dəyərlərinin inkişaf layihəsi” nin nümayəndəsi Zülfiyyə xanım aparmışdır.