“Daima zirvələrdə dalğalan, ey Bayrağım!”».Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Bakı Humanitar Kollecinin təşkilatçılığı ilə 02 noyabr 2016-cı il tarixdə Binəqədi rayonu Gənclər evində 9 Noyabr – “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Daima zirvələrdə dalğalan, ey Bayrağım!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.İnşalar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılıb, Bakı Humanitar Kolleci tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən yoxlanılıb.
115 №li tam orta məktəbin 7-ci sinif şagirdi Mollayeva Lalə Münasib qızı III Yerə layiq görülüb
Sakinlərlə Görüş2016-cı ilin oktyabr ayının 14-də 115 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Xaləddin İsgəndərovun və 9 saylı Binəqədi II Seçki Dairəsindən seçilmiş Millət Vəkili Kəmaləddin Qafarovun M.Rəsulzadə qəsəbəsi sakinləri ilə növbəti görüşü keçirildi. Görüşdə rayon rəhbərləri və Millət vəkili ilə yanaşı, Rayon İcra Hakimiyyəti başçısının müvaninləri, Apartın Şöbə müdirləri, məsul işçilər iştirak edirlər. Rayon İcra Hakimiyyəti Başçısı Xaləddin İsgəndərov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyatı qurumlarının başçılarına tapşırıq verdi. Millət vəkili Kəmaləddin Qafarov da səsləndirilən bir sıra məsələlərə müvafiq izahatlar verərək, onların həllinə köməklik göstərəcəyini bildirdi. Görüşün sonunda Rayonun ictimai-siyasi həyatında fərqlənən Məsud Babayev, Canayev Zahid, Məhərrəmova Gülnarə və Sürahi Yusifova Rayon İcra Hakimiyyəti Başçısının Təşəkkürnaməsilə təltif olundular.
18 Oktyabr Müstəqillik GünüTarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.
Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.
Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.