"Formula 1 Avropa Gran Pri" yarışlarına həsr edilmis tədbirin qalibləri16.05.2016 Azərbaycan Respublikası Təhsil Nazirliynin təşkil etdiyi “Formula 1 Avropa Gran Pri ” yarışlarının təbliğinə həsr edilmiş kütləvi idman tədbiri keçirildi. Bu tədbirdə Azər Məmmədov adına 115 saylı tam orta məktəbin şagirdləri də iştirak etdilər. Şagird qrupumuz Veloidman yarışı üzrə birinci yerə layiq görüldülər. Onlar diplom və kubokla təltif edildilər.
İnformasiya Günü17 May tarixi bütün dünyada Ümumdünya Telekomunikasiya və İnformasiya Cəmiyyəti günü kimi qeyd olunur. Bu günün əsas məqsədi İnternetdən və informasiya komunikasiya texnologiyalarından istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar və "rəqəmli fərqliliyin" aradan qaldırılması barədə aparılmasına kömək göstərməkdən ibarətdir. 115 saylı tam orta məktəbin müəllim və şagird heyəti də İnformasiya gününü qeyd etdilər.
Ağacəkmə AksiyasıFaşizm üzərində qələbənin 70 illiyi və müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Mayin 8-də Binəqədi rayonu Azər Məmmədov adına 115 saylı tam orta məktəbdə iməclik keçirilmişdir. Məktəbin müəllim, şagird və texniki işçilərinin iştirakı ilə keçiriləcək iməclikdə məktəbin ərazisində abadlıq, yaşıllıq və təmizlik işləri görülmüşdür.