Nailiyyətlərimiz

"Qlobal istiləşmə"22.04.2016-cı ildə 115 saylı tam orta məktəbin şagirdləri daxil olmaqla 27№li Uşaq Yaradıcılıq Mərkəzində “Qlobal istiləşmə” mövzusu etrafında geniş müzakirə edildi. Bizim məktəbin şagirdləri də istiləşmə mövzusunda fəal iştirak etdilər. Burada Qlobal istiləşmənin səbəbləri, dünyada baş verən ekoloji problemlər haqqında söhbətlər edildi. Bizim şagirdlərdən Əliyeva Leyla, Bayramlı Nərmin, Quluzadə Fərid, Əliyev Cavid fərqlənərək adları qeyd olundu.

Hər kəsin qayğıya ehtiyacı varAzər Məmmədov adına 115 saylı tam orta məktəbin 10a sinfi, sinif rəhbəri Əliyeva Könül və məktəbimizin direktoru Babayev Məsud müəllim 18.03.2016 tarixində Novruz bayramı münasibətilə Eşitmə və danışıq qabiliyyətini itirmiş körpələr evində görüş keçirdilər. Bizim əsas məqsədimiz körpələri sevindirmək,onlara qayğı göstərmək, həyatda tək olmadıqlarını hiss etdirməkdir. Körpələrə qida məhsulları. oyuncaqlar, lazımi əşyalar aparılmışdır. Novruz bayramının atributları olan keçəl, kosa uşaqları çox əyləndirdilər. Bu tədbirlər tez-tez keçirilməlidir. Heç bir körpə qayğıdan kənarda qalmamalıdır. Bunu da unutmamaq lazımdır ki, uşaqlar bizim gələcəyimizdir.

Dilimizi sevək,sevdirək!Dil bəşəriyyət tarixində insanların əldə etdiyi ən böyük nailiyyətdir. Dil millətin canı, qanı və ruhudur. 21 Fevral Beynəlxalq Ana dili günüdür. 1999-cu ilin noyabrında keçirilmiş YUNESKO-nun Baş Konfransının qərarı ilə 21 Fevral Beynəlxalq Ana Dili günü elan edilmişdir. Binəqədi rayon Azər Məmmədov adına 115 saylı tam orta məktəbdə Azərbacan dili və ədəbiyyat fənn birləşməsinin sədri Cəfərova Nəzakət müəllimənin və Sədyarova İradə müəllimənin təşkilatçılığı ilə 21 Fevral Beynəlxalq Ana Dili gününə həsr olunmuş “Dilimizi sevək, sevdirək!” adlı ədəbi-bədii gecə keçirildi.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Rəsul İlyaszadə Elçin

Sənan Əliyev Əli

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi