Yeni il şənliyi29 dekabr 2016-cı il tarixində A.Məmmədov adına 115 saylı tam orta məktəbdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş tədbir keçirildi.
Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Babayev Məsud tədbir iştirakçılarını həm Yeni il, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etdi. Daha sonra məktəbin şagirdlərinin ifasında səhnəciklər göstərildi, şerlər deyildi və şən mahnılar ifa olundu. Şaxta baba və Qar qızın gəlişi, tədbirin əsas iştirakçıları olması da xüsusilə uşaqların sevincinə səbəb oldu. Tədbir daxilində keçirilmiş müxtəlif viktorina tipli yarışlarının qaliblərini Şaxta baba öz hədiyyələri ilə sevindirdi.
Multikultural dəyərlərimizi qoruyaqDekabrın 27-də Binəqədi rayonu Azər Məmmədov adına 115№-tam orta məktəbdə 2016-cı il “Multikulturalizm ili” çərçivəsində keçirilən “Multikultural dəyərlərimizi qoruyaq” adlı əbədi-bədii gecə keçirilmişdir.
Şagirdlər özbək, türkmən, qazax, tacik, talış, ləzgi, əfqan, ingilis, rus və başqa dillərdə şeirlər, rəqslər və mahnılar ifa etdilər.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin məsul şəxsləri tədbirin sonunda çıxış edərək tədbirin hazırlanmasında əməyi olan və tədbirdə fəal iştirak edən şagirdlərə öz minnətdarlıqlarını bildirmişlər.
Heydər Əliyevin Anım Günü2003-cü il dekabr ayının 12-si… Həmin gün Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan xalqı öz Böyük və Xilaskar oğlu, ümummilli lider, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi. O, bizə Azərbaycan adlı sabit, hər gün inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığı bir məmləkəti əmanət qoyub getdi. 12 dekabr – Bu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. O indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir. Çünki bizi əhatə edən gözəl Bakımız, əzəmətli Azərbaycanımız milli liderimiz Heydər Əliyevin əməlləri ilə bəzənib. «Gərək nəbzin vətənin nəbzi ilə vursun» -deyirdi ümumilli lider. Heydər Əliyev xalqın min illər boyu arzuladığını reallığa çevirərək özünə qayıdışına mühüm stimul oldu.