“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda tədbirBakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda tədbir keçirildi. 07.02.2017-ci il tarixində Binəqədi rayonu Azər Məmmədov adına 115 saylı tam orta məktəbin müdriyyət və XI sinif şagird heyəti Binəqədi rayonu YAP-da toplaşaraq ümummilli lider Heydər Əliyev haqqında təşkil olunmuş məruzəni dinlədilər. Tədbirdə məktəbin direktoru Babayev Məsud, direktor müavini Canayev Zahid, təşkilatçı, XI siniflərin sinif rəhbərləri və şagirdləri iştirak edirdilər. Əvvəlcə məktəbin direktoru çıxış edərək bütün müəllim və şagirdləri salamlayıb, yığışmanın səbəbi haqqında söhbət etdikdən sonra çıxış üçün sözü məktəbin ibtidai sinif müəllimi Mollayeva Könül Zahid qızına verdi. Mollayeva Könül öz məruzəsində ümummilli liderin xarici siyasətlərindən, onun hakimiyyəti illərində ölkənin çiçəklənməsi və rifahı naminə gördüyü işlərdən danışdı. Şagirdlər bu məruzəni böyük maraqla dinlədilər.
İcra Hakimiyyəti başçısının müavini ilə görüş keçirildi06.02.2017-ci il tarixində 115 №-li tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Əliyeva Aygün xanım məktəbin bir qrup qabaqcıl müəllimləri ilə görüş keçirdi. Görüşdə əsasən təlim və təhsildəki problemlərdən və onların aradan qaldırılması yollarından danışılmışdır.
Rus-dili və Ədəbiyyat üzrə Olimpiada iştirakçılarıRusiya Federasiyasının Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Ocaqlarının Müəllimlər Assosiyasiyasının birgə əməkdaşlıq etdiyi Rus-dili və Ədəbiyyat üzrə Olimpiada keçirildi.
Azərbaycanın orta ümumtəhsil ocaqlarının Rus-dili və Ədəbiyyat üzrə Respublika Olimpiadasında aktiv iştirak etdiyinə görə 7r sinif şagirdi Mailova Səbinə, 8r sinif şagirdləri Məmmədov Mirəli və Abbasov Zakir Sertifikatla təltif olunublar.