Nailiyyətlərimiz

"Dilimizin saflığını qoruyaq"17.02.2017-ci il tarixində məktəbimizin kitabxanasında 7ə sinif şagirdləri "Dilimizin saflığını qoruyaq" adlı ədəbi-bədii kompozisiya keçirmişlər. Şagirdlər tarın müşayiəti ilə Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin, Sabir Rüstəmxanlının şeirlərini ifa etmiş və müxtəlif səhnəciklər göstərmişlər. Tədbirdə iştirak edən məktəb direktoru Məsud Babayev sonda şagirdlərə təşəkkürünü bildirmişdir.

“Xocalıya ədalət” mövzusunda inşa yazı və rəsm müsabiqəsi16.02.2017-ci il tarixində Binəqədi Rayon orta umumtəhsil məktəblərinin şagirdləri arasında 26 fevral Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət” mövzusunda inşa yazı və rəsm müsabiqəsi keçirildi. Müsabiqədə məktəbimizin 9ç sinif şagirdi Bayramova Nərmin və 11b sinif şagirdi Alışanova Gülçöhrə iştirak etmişdir.

"Təbiətdəki İnnovativ Texnologiyalar" haqqında seminar keçirildiMəktəbimizdə "Təbiət" İctimai birliyinin və şagirdlərin iştirakı ilə təbiət, havada və suda heyvanların həyat fəaliyyətləri, təbiətdəki innovativ texnologiyalar və s. barədə seminar keçirilmişdir. "Təqribən 60 yaşına qədər təkamülü müdafiə edən və ateist filosof olan, ancaq sonradan həqiqətləri görən Malkolm Maqeric təkamül nəzəriyyəsinin yaxın gələcəkdə düşəcəyi vəziyyəti belə açıqlayır: "Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq edildiyi sahələrdə gələcəyin tarix kitablarındakı ən böyük yumor hədəflərindən biri olacağına inandım. Gələcək nəsillər bu qədər çürük və qeyri-müəyyən hipotezin inanılmaz saflıqla qəbul edilməsini heyrətlə qarşılayacaqlar"". "Təbiətdəki innovativ texnologiyalar" kitabından.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Turan Cəfərov Vaqif

Fidan Əlizadə Elman

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi