Məktəbimizin FəxriAzərbaycan Respublikası Gəclər və İdman Nazirliyi, Xəzər Rayon Gənclər və İdman idarəsinin təşkil etdiyi 26 Fevral -Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş 2003-2004 təvəllüdlü idmançılar arasında Kikboksinq üzrə açıq Xəzər rayon turnirində 57 kq çəki dərəcəsində I Yer tutduğuna görə məktəbimizin 7ç sinif şagirdi Nağızadə Namiq Diplom və Qızıl medalla təltif olunub.
Islam həmrəyliyi kontekstində ekstremizm və terrorizmlə mübarizədə gənclərin rolu.10.02.2017-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti, DQİDK-nin Bakı şəhər üzrə şöbəsi və DTX-nin Rayon İdarəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi kontekstində ekstrizm və terrorizmlə mübarizədə gənclərin rolu” adı altında tədbir keçirildi
Tədbirdə RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Samir Yoldaşov, aparıcı məsləhətçisi Pərvin Əlizadə, DTX Rayon İdarəsinin məsul əməkdaşı Namiq Hüseynov, 115 saylı tam orta məktəbin direktoru Məsud Babayev, həmin məktəbin müəllim-şagird kollektivi iştirak etdilər.
Direktor Məsud Babayev tədbiri açıq elan etdi və çıxış üçün qonaqlara söz verdi. Məktəbliləri maraqlandıran suallara ətraflı cavablar verildi. Tədbirin sonunda məktəblilərə DQİDK-nin istehsal etdiyi “Fitnə” filmi nümayiş olundu.
İdmançılarımızın uğurları28.01.2017-ci il tarixində 115 saylı tam orta məktəbin 6d sinif şagirdi Abbaslı Namiq Sambo İdman Klubunun Açıq Birinciliyində 32 kq çəki dərəcəsində, Basketboll və sərbəst güləş yarışları üzrə yer tutduğuna görə Fəxri Fərman və Diplomla təltif olunub. Həmçinin 6 d sinif şagirdi Kərimli Nərmin Taykvando üzrə 33kq çəki dərəcəsində yarışan idmançılar arasında Diplam və Fəxri Fərmana layiq görülüb.