Dilimizi sevək,sevdirək21.02.2017-cil il tarixdə 5c sinif şagirdləri Beynəlxalq Ana dili günü münasibəti ilə "Dilmizi sevək, sevdirək" adlı ədəbi-bədii kompozisiya keçirmişlər. Şagirdlər dilimizin saflığının qorunması barədə Nizami Gəncəvinin, Füzulinin, Şah İsmayıl Xətainin, Hüseyn Cavidin, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün şeirlərindən nümunələr səsləndirmişlər. Sonda "Dilimizi qoruyaq və gələcək nəsillərə bu əmanəti çatdıraq!" şüarı ilə tədbiri yekunlaşdırmışlar.
"Çərşənbə iməcilikləri"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində "Çərşənbə iməcilikləri" layihəsinə start verilib. 21.02.2017-ci il tarixində 115 saylı tam orta məktəbin həyətyanı sahəsində bu məqsədlə iməclik işləri aparıldı. Məqsəd şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir. Layihə çərçivəsində Novruz bayramı ərəfəsində 4 ilaxır çərşənbə münasibətilə ümumi təhsil məktəblərində kütləvi olaraq, müəllim, şagird və valideyn icmasının iştirakı ilə məktəbyanı ərazilərdə iməciliyin keçirilməsi nəzərdə tutulub.
“MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT, AZƏRBAYCAN TARİXİ VƏ ETNOQRAFİYASI”Məktəbimizdə Bakı Şəhər Təhsil İdarəsinin 2016-2017 -ci tədris ilinin fevral ayı ərzində lahiyə çərçivəsində nəzərdə tutduğu "Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası " mövzusuna həsr olunmuş sərgi keçirildi. Sərgidə Azərbaycanın qədimi əşyaları, milli geyimləri nümayiş etdirildi.