Nailiyyətlərimiz

Novruz şənliyiNovruz bayramı münasibəti ilə Binəqədi rayonu Heydər Əliyev parkında məktəbimizin şagirdlərindən ibarət kompozisiya nümayiş etdirilmişdir. Kompozisiyada şagirdlərimiz dahi şairlərimiz olan Nizami, Füzuli, Yunus Əmrə, Məshəti Gəncəvi və Natəvanın obrazlarını yaradaraq onların şeirlərinə nümunələr söyləmişlər. Daha sonra məktəbimizin "Buta" mahnı və rəqs ansamblı öz çıxışları ilə qonaqları təbrik etmişlər.

Hesabat-seçki yığıncağıYeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının IX konfransının keçirilməsi ilə bağlı hazırlıq çərçivəsində ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir. Bu məqsədlə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, Azadlq prospekti 183 ünvanlı (115 saylı tam orta məktəb) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirildi.İclası giriş nitqi ilə açan ərazi ilk partiya təşkilatının sədri Zahid Canayev gündəlikdə duran məsələlər barədə məlumat verərək ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində görülən işlərin hesabatını diqqətə çatdırdı.Vüsar İsmayılov daha sonra Binəqədi rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə birgə təşkil etdiyi “Bəşəriyyətin tacıdır ana” adlı tədbirində 115 saylı tam orta məktəbin təqdim etdiyi kompozisiyanın yüksək səviyyədə təşkil olunduğuna görə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirdi və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının təşəkkür məktubunu məktəbin direktoruna təqdim etdi.

“Bəşərin əbədi tacıdır ana”06.03.2017-ci il tarixində 115 saylı tam orta məktəbdə “Bəşərin əbədi tacıdır ana” adlı ədəbi-bədii gecə keçirildi. Gecədə Binəqədi Rayon İcra Hakimiyyətinin müavini Əliyeva Aygün, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Əliyeva Aytac, Binəqədi rayon Həmkarlar Təşkilatının sədri Hacıyeva Almaz, aparıcı və telejurnalist Telli Pənahqızı iştirak etmişlər.

HAQQIMIZDA

Binəqədi rayonu Azər Məmmədov adına 115 nömrəli tam orta məktəb müasir standartlara cavab verən təhsil müəssisəsi olaraq rayonumuzun yaşıllıqlar arasında ucalan tədris binasıdır.Məktəb 1966-cı ildən fəaliyyət göstərir. Hal-hazird...

BİZİM FƏXRLƏRİMİZ

Murad Süleymanlı Süleyman

Aygün Əlizadə Kamil

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi