“Kitab sənin ilk dostundur” adlı kitab müzakirəsi30.11.2016-cı il tarixdə Binəqədi rayonu Azər Məmmədov adına 115 №-li tam orta məktəbin kitabxanasında “Fəal oxucu” layihəsi çərçivəsində gənc kitabsevərlərin “Kitab sənin ilk dostundur” adlı dəyirmi masası keçirilmişdir. Dəyirmi masada şagirdlər Azərbaycan ədəbiyyatına öz nadir incilərini bəxş etmiş görkəmli ədib S.S.Axundovun “Qorxulu nağıllar” adlı silsilə hekayələrinin müzakirəsini etmişlər. Müzakirənin sonunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmənin sədri N.Cəfərova müzakirədə fəal iştirak edən oxuculara xatirə-kitab hədiyyə verərək onlara kitabxananın qiymətli mənəvi xəzinə olduğunu və bu xəzinədən daima qidalanmalarını tövsiyə etdi.
9 Noyabr Bayraq GünüAzərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
08.11.2016-cı il tarixdə Azər Məmmədov adına 115 saylı tam orta məktəbdə Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirildi.
Fəxrimiz115№-li tam orta məktəbin şagirdi Abdulov Kənan Cavid oğlu 2004-2005-2006-cı il təvəllüdlü idmançılar arasında Cüdo güləşi üzrə Yasamal İdman Klubunun açıq birinciliyində 27 kq çəki dərəcəsində I Yer tutduğuna görə Qızıl medal və Diplomla təltif olunub.