BİLİK GÜNÜAzərbaycanda 15 sentyabr tarixi Bilik günü kimi qeyd olunur. Bu gün 2004- cü ilə qədər sentyabrın 1- nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004- cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün bilik günü kimi qeyd olunub. Bilik günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə , sevinc və həyacanla gözlənilən xüsusi qayğı və məmnuniyyətlə , təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub , şeirlər əzbərləyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar.
SON ZƏNGUşaqlıqdan hər kəs müstəqil olacağı günü səbirsizliklə gözləyir. Məktəb illərini başa vuraraq buna nail oluruq. Sevimli müəllimlərimiz, uşaqlıq həyəcanları məktəb divarları arasında qalır. Amma hər kəs sonradan bu illəri xatırlayır. 11 il az deyil... Bu illər ərzində birlikdə olduğumuz müəllimlərimiz, dostlarımız , rəfiqələrimiz bəlkə də bu gündən sonra yalnız xatirə olaraq qalacaq bizim üçün... amma yerini heç bir hiss, duyğu, xatirə doldurmayacaq.
Məktəb illərindəki kimi heç vaxt məsum, təmiz, pak olmayacağıq. Vurulacağ SON ZƏNGİMİZ dolacağ gözlərimizdəki xatirələrin üzərinə göz yaşlarımız..əsas odur ki ,bu zəng məktəbdə son zəngimiz olsun. Bundan sonra bütün məzunlar üçün Universitetlərdə vurulsun neçə - neçə zənglər..
14 iyun 2016-cı il tarixində Azər Məmmədov adına 115 saylı tam orta məktəbdə də möhtəşəm Son Zəng keçirildi.
15 Iyun Milli Qurtuluş Günüdür09.06.2016-cı il Binəqədi Rayon İcra Hakimiyyətində "Azərbaycan Səninlədir, Sənsiz Deyil" adlı Binəqədi Rayon Məktrəblərinin VI Yaradıcılıq Festivalı keçirildi. Bu festivalda 5 r sinif şagirdi Ağalarova Aydan muğam üzrə, 10b sinif şagirdi Vəlizadə Əsma və 10a sinif şagirdi Məmmədova Zərifə isə bədii qiraət üzrə 115 saylı tam orta məktəbi təmsil etdilər. Şagirdlərimizə bu festivalda fəal iştirak etdiklərinə görə diplom təltif olundu.