"Novruz gəlir, yaz gəlir" adlı tədbir keçirildi"Novruz" yeni gün deməkdir. Yeni günün başlanğıcı, yeni ümidlərin, istəklərin, arzuların başlanğıcı deməkdir. Novruz xalqın bolluğu, qüdsiyyətə sitayiş bayramı hesab olunur. Novruz təbiətin oyanış bayramıdır.
Bu münasibətlə A.Məmmədov adına 115№li tam orta məktəbdə "Novruz gəlir, yaz gəlir" adlı tədbir keçirildi.
“Müasir dövrdə Azərbaycan Respublikasında dövlət–din münasibətləri”“Müasir dövrdə Azərbaycan Respublikasında dövlət–din münasibətləri” mövzusu ətrafında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov apardı. Natiq çıxışında qeyd etdi ki, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti milli dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.
Keçirilən mövzular ətrafında təqdimatlardan sonra auditoriyanın sualları cavablandırıldı.
Mövzular ətrafında öz fikirlərini bölüşən müəllimlər əsası Ulu öndər tərəfindən qoyulan milli-mənəvi dəyərlərimizi qorumağın, onu gənc nəsillərimizə yüksək səviyyədə çatdırılmasının əhəmiyyətli olduğunu bildirdilər. O cümlədən, dini, adət-ənənələrimizin zənginliyini vurğulayan müəllim heyəti belə mövzularda mühazirələrin təşkili üçün layihə iştirakçılarına təşəkkürlərini bildirdilər.
Layihə çərçivəsində 9 dekabr tarixində “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi istiqamətində fəaliyyəti” mövzusunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımoğlu, 10 dekabr tarixində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” mövzusunda AMEA-nın müxbir üzvü, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri Mövsün Nağısoylu tərəfindən mühazirə dərsləri keçirildi.
“Multikulturalizm - Azərbaycan Respublikasının dövlət siyasəti kimi”“Multikulturalizm - Azərbaycan Respublikasının dövlət siyasəti kimi” mövzusu ətrafında Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov apardı. Natiq çıxışında multikulturalizm dəyərlərindən söhbət açaraq bildirdi ki, mədəni yaşam tərzi‚ əxlaqi dəyərlər və bir çox xarakterlər Azərbaycan xalqında mövcuddur. Məhz bu səbəbdən ölkəmizdə bütün xalqların nümayəndələri sakit, sülh şəraitində yaşayırlar. 1990-cı illərin acınacaqlı günlərində hakimiyyət başına gələn dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini yaradarkən bu dövlətin təməl ideologiyasının əsaslarından biri kimi ölkədəki bütün millətlərə hörmətlə yanaşılması‚ bütün dini inanclara hörmət və ehtiram göstərilməsi, dini azadlıqların qorunması və tolerantlıq dəyərlərinin bərqərar olması idi.