“Tolerantlıq nümunəsi Azərbaycan”Binəqədi rayonu 115 saylı tam orta məktəbdə “Tolerantlıq nümunəsi Azərbaycan”
adlı tədbirdən fraqmentlər
“Tolerantlıq nümunəsi Azərbaycan”Binəqədi rayonu 115 saylı tam orta məktəbdə “Tolerantlıq nümunəsi Azərbaycan”
adlı tədbirin keçirilməsi haqqında
2015-12-08
Keçirilən tədbirlərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov və 150-yə yaxın müəllimlər iştirak etdilər.
Birinci mühazirə dərsini “Multikulturalizm - Azərbaycan Respublikasının dövlət siyasəti kimi” mövzusu ətrafında Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri Xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov apardı. Natiq çıxışında multikulturalizm dəyərlərindən söhbət açaraq bildirdi ki, mədəni yaşam tərzi‚ əxlaqi dəyərlər və bir çox xarakterlər Azərbaycan xalqında mövcuddur. Məhz bu səbəbdən ölkəmizdə bütün xalqların nümayəndələri sakit, sülh şəraitində yaşayırlar. 1990-cı illərin acınacaqlı günlərində hakimiyyət başına gələn dahi şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini yaradarkən bu dövlətin təməl ideologiyasının əsaslarından biri kimi ölkədəki bütün millətlərə hörmətlə yanaşılması‚ bütün dini inanclara hörmət və ehtiram göstərilməsi, dini azadlıqların qorunması və tolerantlıq dəyərlərinin bərqərar olması idi.
biologiya tədbiri-Xəzərim mənimTədbir Xəzər dənizinin və ətraf mühitin ekologiyasına həsr edilmişdir.Tədbirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri iştirak etmişdir .