Nailiyyətlərimiz

Növbəti uğurSabunçu rayonu ümumi təhsil müəssisələri üzrə "Kiçik Akademiya"ların hesabat konfransı keçirilib. Paytaxtdakı 112 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən konfranda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Ümumi sektorunun müdiri Sevinc Rəsulova, İnkişaf layihələri sektorunun baş məsləhətçisi Sevinc Əzimova, məktəb direktorları, “Kiçik Akademiya” rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər. Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə mərkəz "Kiçik Akademiya"nın rəhbəri Sərxan Şahverdiyev il ərzində “Kiçik Akademiya”nın gördüyü işlər, əldə edilən uğurlar və gələcək hədəflər haqqında məruzə edib. S.Şahverdiyev “Kiçik Akademiya”ların təşkil olunmasında əsas məqsədin yaradıcılıq və elmi-tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı uşaq və gənclərlə aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasına köməklik göstərilməsi və şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsindən ibarət olduğunu xatırladıb. 90 nömrəli tam orta məktəb istedadlı şagirdlərin üzə çıxarılması, ictimai layihələrdə fəal iştirakına təşəkkürnamə ilə təltif olunub.

Şagird uğuru14.07.2022-ci il tarixində Sabunçu rayon Gənclər və İdman İdarəsində Sabunçu rayon gəncləri arasında keçirilmiş "Vətənim Azərbaycandır !" vətənpərvərlik mövzusunda onlayn mahnı müsabiqəsinin mükaflandırılma mərasimi keçirilib. Məktəbin 5B sinif şagirdi Bağırlı İzzət Sabunçu rayon gəncləri arasında keçirilmiş "Vətənim Azərbaycandır !" adlı vətənpərvərlik mövzusunda onlayn mahnı müsabiqəsində fərqləndiyinə görə diplomla təltif edilib. 5B sinif şagirdi Bağırlı İzzəti uğuru münasibəti ilə təbrik edir ,yeni nailiyyətlər əldə etməsini arzulayırıq.

YENİ UĞUR"Yay məktəbi" çərçivəsində keçirilən tədbirlərdə yüksək səviyyədə iştiraka və fəallığa görə məktəb rəhbərliyinə, şagird və müəllim kollektivinə, eyni zamanda layihədə təşəbbüskarlıqla fərqlənən valideynlərə İnkişaf layihələri sektoru tərəfindən təşəkkürnamə təqdim olunub.

HAQQIMIZDA

               2019-cu ildə Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına  90 nömrəli tam orta məktəbin...

BİZİM FƏXRLƏRİMİZ

Nəriman Abbasov Ağaxan

Hüseyn İsmayılzadə Cəmaləddin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi