ŞAGİRDİMİZİN İDMANDAKI UĞURUMəktəbin 3B sinif şagirdi Məmmədov İzzət "Əhmədli" İ.K-nun açıq birinciliyində 2015-ci il təvəllüdlü cüdoçular arasında 23 kq çəki dərəcəsində I yerə layiq görülüb. Diplom və medalla təltif olunan şagirdi məktəb rəhbərliyi ,sinif rəhbəri Bəsti Əliyeva adından təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik .
ŞAGİRDİMİZİN UĞURUMəktəbin 3E sinif şagird Kərimli Həmzə Rəşad oğlu Milli Olimpiya Komitəsinin 30 İllik yubileyinə həsr olunmuş 25-ci kempo üzrə açıq respublika kuboku yarışında diplom və medalla təltif olunub.
Şagirdimizi təbrik edən məktəb rəhbəri Svetlana Nəbiyeva ,sinif rəhbəri Leyla Məmmədova 3E sinif şagirdi Həmzəni idmandakı uğurları münasibəti ilə təbrik edib ,ona yeni nailiyyətlər arzulayıblar. Sonda xatirə şəkli çəkilib.
ŞAGİRDİMİZİN İDMAN SAHƏSİNDƏKİ NAİLİYYƏTİMəktəbin 3A sinif şagirdi Məmmədov Nurlan Namiq oğlu Cüdo idman növü üzrə uğur qazanıb. Şagirdimiz yarışda I yerə layiq görülüb ,medal və diplomla təltif olunub. Məktəb rəhbəri Svetlana Nəbiyeva ,sinif rəhbəri Zamanzər Əliyeva Nurlanın təbrik edib ,ona daha da böyük nailiyyətlər qazanmağı arzu ediblər.