28 May-Müstəqillik Gününə həsr olunmuş şahmat turniri27 may 2022-ci il tarixində Gənclər və İdman Nazirliyi Sabunçu rayon Gənclər və İdman idarəsi tərəfindən Sabunçu rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında 28 May-Müstəqillik Gününə həsr olunmuş şahmat turniri keçirilib.
Turnirdə məktəbimizin müəllimlərdən ibarət şahmat komandası da iştirak edib. Məktəbin riyaziyyat müəllimləri Asif Həsənov , Sevda Xankişiyeva ,Təsviri incəsənət müəllimi Cavad Qurbanov şahmat turnirində II yerə layiq görülüb.Sabunçu rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olunub. Məktəb rəhbəri Svetlana Nəbiyeva qalib müəllimlərimizi təbrik edib ,uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkilib.
İnşa müsabiqəsində qalib gələn şagirdimiz20 may 2022-ci il tarixində Qərbi Kaspi Universitetində "Şuşanın tarixi və bu günü" adlı esse müsabiqəsində qalib gələn şagirdlərin mükafatlandırma mərasimə keçirilib. Qeyd edək ki, esse müsabiqədə ölkənin 60-dək bölgəsindən 1000-dək məktəbli iştirak edib.
Məktəbimizin 7B sinif şagirdi Bayramova Reyhan Elçin qızı bu müsabiqədə II yerə layiq görülüb,sertifikat və hədiyyə ilə mükafatlandırılıb.
Şagirdimizi və onun Azərbaycan dili müəllimi Xalidə Məmmədovanı məktəb rəhbəri Svetlana Nəbiyeva, tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova təbrik edib ,uğurlarının davamlı olmasını diləyib.
İNŞA MÜSABİQƏSİNDƏ BİRİNCİLİK05.05.2022 -ci il tarixdə Sabunçu rayon Gənclər və İdman İdarəsində Sabunçu rayon tam orta məktəb şagirdləri arasında keçirilmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş "Heydər Əliyev və Müasir Azərbaycan!" mövzusunda inşa yazı müsabiqəsində qalib gələn şagirdimiz mükafatlandırılıb.90 nömrəli məktəbin şagirdi Alıyeva Sialı I yerə layiq görülüb. Şagirdimiz Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunub. Alıyeva Sialını və Azərbaycan dili müəllimi Xalidə Məmmədovanı birincilik münasibəti ilə təbrik edir , uğurlarının davamlı olmasını diləyirik.