Nailiyyətlərimiz

MÜƏLLİM UĞURUMəktəbin riyaziyyat müəllimi Mailə Xankişiyeva Sabunçu rayonu İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunub. İctimai həyatda səmərəli fəaliyyətinə görə ,şagirdlərin təlim-tərbiyəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdiyinə görə yüksək qiymətləndirilib. Mailə Xankişiyevanı uğurları münasibətilə ürəkdən təbrik edir, yeni nailiyyətlər arzu edirik!

İnşa müsabiqəsində qalib gələn şagirdimizSabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Qarabağ Azərbaycandır!” adlı inşa yazı müsabiqəsində məktəbin 8B sinif şagirdi Məmmədova Mələk II yerə layiq görülüb və diplomla mukafatlandırılıb. Məktəb rəhbərliyi qalib şagirdimizi təbrik edib ,uğurlar arzulayıb.

11A SİNFİNİN UĞURUMəktəbin 11A sinfini bitirən məzunların hamısı ali məktəbə daxil olub. Sinfin 14 məzunu 2021-2022-ci tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıb. Qeyd edək ki, bu sinif üzrə qəbul imtahanlarında iştirak etmiş şagirdlərdən 3 nəfəri isə 600 baldan yuxarı nəticə göstərib. 11A sinfini əldə etdiyi uğur münasibətilə təbrik edirik. İnanırıq ki, yeni və daha böyük nailiyyətlər sizi gözləyir. Həmçinin tələbə adına layiq görülmüş bütün məzunlarımızı səmimi qəlbdən təbrik edir, yeni həyatlarında daim uğurlar arzu edirik.

HAQQIMIZDA

               2019-cu ildə Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına  90 nömrəli tam orta məktəbin...

BİZİM FƏXRLƏRİMİZ

Şəmməd Kosayev Mahmud

Məmmədəli Hüseynzadə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi