UĞUR QAZANAN ŞAGİRDLƏRİMİZMəktəbin 11a sinif şagirdləri Kərimova İnci ,Rzayeva Fərqanə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sabunçu rayonu ümumtəhsil müəssisələri üzrə Mərkəz "Kiçik Akademiya" tərəfindən keçirilən Sabunçu rayonu ümumtəhsil müəssisələrinin "Kiçik Akademiya"ları arasında Azərbaycan dili və ədəbiyyat, tarix kafedraları üzrə keçirilən "Əhməd Cavad yaradıcılığı və tarixdə rolu" adlı intellektual müsabiqədə fərqləndiklərinə görə sertifikatla təltif olunublar.
Uğur qazanan şagirdləri təbrik edir ,yeni nailiyyətlər arzulayırıq.
ŞAGİRD UĞURUBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "Zəfər" məktəblilərarası 1-ci tarix olimpiadası keçirilmişdir. Olimpiadada məktəbin 10A sinif şagirdi Qocayev Şahrux Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İştirakçı sertifikatına layiq görülmüşdür. Şagirdimizi təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik .
Şagird uğuruBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Hekayəni paylaş" ("Share your story") videotəqdimat müsabiqəsində məktəbin 8e sinif şagirdi Sərkərova Zəhra sertifikatla mükafatlandırılıb. Şagirdimizi və ona dəstək göstərən müəllimləri təbrik edir, növbəti müsabiqələrdə uğurlar arzu edirik.