Nailiyyətlərimiz

Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsində uğur qazanan şagirdlərMəktəbin 5c sinif şagirdi Ələkbərli Kənan , 8e sinif şagirdləri Sərkərova Zəhra ,Məmmədova Yağmur ,Əsgərzadə Elcan Kenquru Beynəlxalq Riyaziyyat müsabiqəsində fəal iştiraklarına görə sertifikata layiq görülüblər. Məktəb rəhbəri Svetlana Nəbiyeva uğur qazanan şagirdləri təbrik edib ,yeni nailiyyətlər arzulayıb.

ZƏFƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ VOLEYBOL TURNİRİMəktəbdə Sabunçu Rayon İdman İdarəsinin təşkilatçılığı ilə 90 nömrəli tam orta məktəbdə "Zəfər Günü"nə həsr olunmuş 2007-2009-cu il təvəllüdlü oğlanlar arasında voleybol turniri keçirilib. Turnirdə I yeri 72 nömrəli məktəb, ll yeri 90 nömrəli məktəb, lll yeri 169 nömrəli məktəb tutub. Qalibləri təbrik edir ,uğurlar arzu edirik.

UNEC AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ MƏKTƏB RƏHBƏRLİYİNƏ TƏŞƏKKÜR MƏKTUBU GÖNDƏRİBBakı şəhəri, Sabunçu rayonu, 90 nömrəli tam orta məktəbin direktoru xanım Svetlana Nəbiyevaya Hörmətli Svetlana xanım, Sizi və rəhbərlik etdiyiniz məktəb əməkdaşlarını məzunlarınızın 2022/2023-cü tədris ili üçün keçirilmiş qəbul imtahanlarında yüksək nəticələr göstərməsi və 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə ürəkdən təbrik edir, uğurlarınızın davamlı olmasını arzu edirik! Nəzərinizə çatdırmaq istəyirik ki, məzunlarınız Kosayev Şəmməd Mahmud oğlu və Əhmədova Səbinə Tofiq qızı Dövlət İmtahan Mərkəzi tərəfindən 2022/2023-cü tədris ili üçün keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayaraq ("İnformasiya təhlükəsizliyi" ixtisası üzrə) Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi adını qazanmışlar. Məzunların belə uğurlu nəticə göstərməsi Sizin və müəllimlərinizin bilavasitə fədakar əməyinin nəticəsidir. Ümid edirik ki, UNEC-a qəbul olmuş məzunlarınız özlərinin nümunəvi davranışı, biliyi ilə daha da inkişaf edəcək və məktəbinizin adını daim uca tutacaqlar. Qeyd edilənləri nəzərə alaraq, ölkəmizin gələcəyi üçün əxlaqi cəhətdən saf, mənəvi cəhətdən zəngin və fiziki cəhətdən kamil gənclər yetişdirdiyinizə görə Sizə və rəhbərlik etdiyiniz kollektiva z dərin təşəkkürümüzü bildiririk. Hörmətlə, Prorektor i.e.n., dos. Şaiq Əsgərov

HAQQIMIZDA

               2019-cu ildə Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına  90 nömrəli tam orta məktəbin...

BİZİM FƏXRLƏRİMİZ

Yusif Əliyev Fariz

Səbinə Əhmədova Tofiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi