Nailiyyətlərimiz

QALİB KOMANDAMIZSabunçu rayon Gənclər və İdman idarəsi tərəfindən keçirilən stritbol idman növü üzrə turnirə 90 nömrəli tam orta məktəb ev sahibliyi edib. Komandamız 9A sinif şagirdi Hüseynov Ayxan, 9C sinif şagirdi Tağıyev Rəvan,9R sinif şagirdi Abanın Qleb, Əsgərli Ərhun yarışda uğurla iştirak edib . Qeyd edək ki ,turnirdə I yerə 169 nömrəli tam orta məktəb ,II yerə 74 nömrəli tam orta məktəb ,III yerə 90 nömrəli tam orta məktəb layiq görülüb.Komandamız diplom və medalla təltif olunub. Məktəb direktoru Svetlana Nəbiyeva qalib şagirdləri və onların fiziki tərbiyə müəllimlərini təbrik edib,uğurlarının davamlı olmasını diləyib.

Qalib şagirdimizMəktəbin 5F sinif şagirdi Heydərli Rəvan Eldəniz oğlu 23-24 aprel tarixində Bakı şəhəri Gənclər və İdman Baş idarəsi tərəfindən keçirilən Vale Tudo (11-12 yaş ) turnirdə I yerə layiq görülüb . 5F sinif şagirdi diplom və medalla təltif olunub. Məktəb direktoru Svetlana Nəbiyeva ,sinif rəhbəri Qəmər İmaməliyeva qalib şagirdimizlə xatirə şəkli çəkdirib.

İNŞA MÜSABİQƏSİNDƏ UĞUR QAZANAN ŞAGİRDİMİZ18 aprel 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı tərəfindən 47 ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən "Heydər Əliyev və qalib Azərbaycan" adlı inşa yazı müsabiqəsində məktəbin 10A sinif şagirdi Fərqanə Rzayeva 80 bal toplayaraq həvəsləndirici yerə layiq görülüb. Fərqanə Rzayevanı və Azərbaycan dili müəllimi Vəsilə Həsənovanı qalib gəlməsi münasibəti ilə məktəb rəhbəri Svetlana Nəbiyeva təbrik edib, uğurlarının davamlı olmasını diləyib.

HAQQIMIZDA

               2019-cu ildə Bakı Şəhəri Sabunçu Rayonu Rixard Zorge adına  90 nömrəli tam orta məktəbin...

BİZİM FƏXRLƏRİMİZ

Nigar İsmayılzadə Elbrus

Günay Ələkbərova Orxan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi