NÖVBƏTİ UĞURSabunçu rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş Sabunçu rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında voleybol turniri keçirilib.
90 nömrəli məktəb komandası I yerə layiq görülüb. Məkbimiz fəal iştirakına görə diplom və medalla, Fəxri Fərmanla mükafatlandırıb.
Yeni nailliyətSabunçu rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 04.03.22-ci il tarixdə Maştağa Mədəniyyət evində 5 mart-Bədən tərbiyəsi və idman günü münasibətilə Sabunçu rayon idman ictimaiyyəti ilə görüş keçirilib.
Tədbirdə məktəb rəhbəri Svetlana Nəbiyeva və məktəbin fiziki tərbiyə müəllimi Rafiq Bayramov iştirak edib. Sabunçu rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirdə Dövlət idman siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə məktəb rəhbəri Svetlana Nəbiyeva və məktəbin fiziki tərbiyə müəllimi Rafiq Bayramov fəxri fərmanla təltif olunub. Sonda xatirə şəkilləri çəkilib.
Yeni qalibiyyət Sabunçu rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş Sabunçu rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında voleybol turniri keçirilib.
90 nömrəli məktəbin kollektivindən ibarət voleybol komandası: Kərimova Zümrüd , Əkpərova Həcər ,Usubov Usub,Bayramov Rafiq ,Həsənov Məhəmməd , Allahverdiyev Sənan ,Hüseynov Orxan , Həsənov Asif , Salmanov Orxan voleybol turnirində I yerə layiq görülüb. Komandamız Sabunçu rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olunub. Həmçinin 90 nömrəli məktəb fəal iştirakına görə diplom və medalla təltif olunub.
Məktəb rəhbəri Svetlana Nəbiyeva qalib müəllimlərimizi təbrik edib ,Fəxri Fərmanla mükafatlandırıb. Qalib müəllimlərimizi təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik.