“Dünyamızı qoruyaq!”

   2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” layihəsi keçirilib. Layihənin keçirilməsində əsas məqsəd ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi İrina Tveritinanın rəhbərliyi, 8F sinif şagirdlərinin iştirakı ilə “Dünyamızı qoruyaq!” adlı “açıq dərs” təşkil olunub. Dərs zamanı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un bu il ölkəmizdə keçiriləcəyi barədə şagirdlərə maarifləndirici məlumatlar verilib. Şagirdlərin hazırladıqları əl işlərində enerji və texnoloji inkişafın vəhdətini təşkil etməklə, enerji və ekoloji təhlükəsizlik problemlərini həll etmək, istilik effekti yaradan qazların miqdarını azaltmaq, həmçinin  iqlim dəyişikliklərinin təsirlərini yumşaltmaq fikirləri əks olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi