FƏXRİMİZ

Mübariz Alay oğlu Nəcəfov

 

Mübariz Alay oğlu Nəcəfov 1974-cü ildə Bakıda anadan olub, soykökü isə Tərtərdəndir. 1991-ci ildə Xətai rayonundakı 86 nömrəli tam orta məktəbi bitirib. Azərbaycan Neft Akademiyasının Energetika fakültəsinə daxil olur. 1993-cü ilin yay imtahanlarını verib III kursa keçəndən sonra iyul ayında könüllü olaraq Milli ordu sıralarına getdi. Onun döyüş yolu Ağdərə rayonunun Levonarax, Maqadiz, Tonaşen kəndindən keçir. Neçə-neçə döyüş əməliyyatında iştirak edir, fədəkarlıq göstərir, yaxşı xidmətinə görə tezliklə çavuş rütbəsi alır. 1993-cü ilin 29 dekabrında Tonaşen uğrunda döyüşdə həlak olur. Həmin gün xidmət etdiyi bölmə döyüş zamanı mühasirəyə düşür. Ermənilər mühasirəni getdikcə daraldır. Mübariz bunu görüb açıq döyüşə girir, əlindəki qumbaranı onların topasına atır və eyni vaxtda avtomatdan atəş açır. Atəş vaxtı xeyli erməni döyüşçüsünü məhv edir və özü ağır yaralanır. Çox çətinliklə mühasirədən çıxıb yaranmış vəziyyət barədə komandanlığa məlumat verir və aldığı ölümcül yaradan əbədi olaraq gözlərini yumur. Mübarizin atası xüsusi avtomobil zavodunda sex rəisi işləyir, anası Sürəyya evdar qadındı, qardaşı Mahir 254 saylı məktəbdə oxuyub, bacısı Mehparə isə səhiyyə işçisidir. Gün-güzaranları, dolanşıqları pis deyil. Bircə ehtiyacları var Mübariz həsrəti. Bu həsrət  isə heç vaxt onları tərk etməyəcək, onlarla ömürlük yolda olacaq.....

86 nömrəli tam orta məktəb 1994-cü ildən Mübariz Nəcəfovun adını daşıyır. Hər il məktəbin onlarca məzunları onun müqəddəs ruhu qarşısında and içərək işıqlı sabahlara addımlayır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi