"Kiçik Akademiya"nın üçüncü konfransı keçirilibXətai rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin "Kiçik Akademiya"sı ilə növbəti konfrans təşkil olunub. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 9f sinif şagirdi Maksim Milovanov, həmçinin fizika müəllimləri Günay Həsənova və Aynur Məsimova da "Kiçik Akademiya"nın üçüncü konfransında iştirak ediblər. Maksim Milovanov “Bitkilər üçün hidroponik suvarma sistemi” adlı layihəsini münsiflər heyətinə təqdim edib, bu barədə ətraflı onlara ətraflı məlumat verib.
"Kiçik Akademiya"nın üzvü mükafatlandırılıb“Heydər Əliyev İli”nə həsr olunmuş ““Kiçik Akademiya”ların böyük dahiləri” adlı Ümumşəhər Konfransında fərqləndiyinə və fəal iştirakına görə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 10b sinif şagirdi Sabit Ramazanov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb. Şagirdimizi rəhbərlik adından təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
"Kiçik Akademiya"nın konfransı keçirilibXətai rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin "Kiçik Akademiya"sı ilə konfrans təşkil olunub.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 10b sinif şagirdi Sabit Ramazanov və fizika müəllimi Günay Həsənova da "Kiçik Akademiya"nın konfransında iştirak ediblər. Şagirdlər hazırladıqları işləri münsiflər heyətinə təqdim edib, layihələri barədə ətraflı məlumat veriblər.
Məktəbimizin "Kiçik Akademiya" prezidentinin uğuruMübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının prezidenti Firuzə Hüseynova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən “Virtual məktəbdə bir gün” layihəsi çərçivəsində təşkil olunmuş “Onlayn dərs” müsabiqəsində I yerə layiq görüldü.
MƏKTƏBİMİZ XOCALI SOYQIRIMININ 29-CU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ İNŞA MÜSABİQƏSİNİN QALİBİ OLDUBakı Şəhəri Xətai Rayon Gənclər və İdman İdarəsi tərəfindən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Xocalı Soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Xocalı Soyqırımını unutma” mövzusunda onlayn inşa yazı müsabiqəsi keçirildi.
Müsabiqənin nəticələrinə görə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin şagirdi Şabanzadə Rəna birinci yerə layiq görüldü.
"Kiçik Akademiya" üzvlərinin növbəti uğuru"Kiçik Akademiya"nın texniki elmlər bölməsinin üzvləri Proqramlaşdırma və riyaziyyat üzrə "Şaxta babanı upgrade et" adlı onlayn-kvestdə maksimum-660 xal toplayaraq həm ölkə həm də dünya üzrə birincilik qazanıblar.
"Kiçik Akademiya"nın humanitar bölməsinin üzvi Əhədli Fatimə beynəlxalq yaradıcılıq müsabiqəsində I yerə layiq görüldüTəhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsi keçirildi.
Müsabiqənin keçirilməsində əsas məqsəd torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə yeni bədii mətnlər yaratmaq, uşaqlarda və gənclərdə hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, onlara milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hissləri aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsini yüksəltməkdən ibarət idi.
Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 4 nominasiya üzrə keçirildi. İştirakçılar bir nominasiya üzrə iştirak edə, təqdim edilən işləri Azərbaycan, rus və ingilis dillərində hazırlaya bilərdilər.
Müsabiqənin nitq nominasiyası üzrə qalibi Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 7e sinif şagirdi Əhədli Fatimə oldu. Qaliblər diplom və dəyərli hədiyyələrlə mükafatlandırıldı.
Qalibimizi təbrik edir və uğurlarının davamını arzu edirik.
http://youtu.be/9AiLzv9eY-g
"Kiçik Akademiya"nın təbiət bölməsinin üzvləri "Sabahın Alimləri" X Respublika müsabiqəsinin final turundaAzərbaycanda “Sabahın alimləri” Respublika Müsabiqəsi 2012-ci ildən başlayaraq keçirilməyə başlanılıb. Müsabiqə İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir. Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəbliləri seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilir.
Müsabiqədə qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirildi.
Qeydiyyatdan 226 layihə keçsə də, pandemiya şəraiti səbəbindən müsabiqəyə 154 layihə təqdim olunub.
Sabahın alimləri X Respublika müsabiqəsində iştirak edən M. Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 9cu sinif şagirdləri Həsəni Cavid Nəsrullah oğlu və Hacıyev Rza Canbulat oğlu "Yaşamaq yaxşıdır, sağlam yaşamaq daha yaxşıdır" adlı lahiyə hazırlayıblar. Həmin layihə finala vəsiqə qazanan 20 layihədən biridir. Bu layihənin elmi rəhbəri 86 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi Hüseynova Firuzə Ağa-Cəfər qızı şagirdlərə layihənin hazırlanmasında istiqamət verib. Layihənin məqsədi ölkəmizin 10 iqtisadi rayonunda daha çox yayılan xəstəliklərin qarşısını almaq və həlli yollarını tapmaqdır.
Layihə azad edilmiş torpaqlarımızda yayıla bilən xəstəliklər haqqında da bəhs edir və onların qarşısını almaq üçün həlli yollarını təklif edir.
“Kiçik Akademiya”nın logotipi hazırlanıbMübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik Akademiya”nın loqotipi müəyyən edilib.
"Kiçik Akademiya" haqqında əsasnaməI. Ümumi müddəalar
1.1. “Kiçik Akademiya” (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir.
1.2. KA-nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur.
1.3. KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə iş üzrə direktiv orqanların fərman və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
1.4. KA-nın fəaliyyəti bölmələr üzrə təşkil olunur. KA-nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr yaradıla bilər.
1.5. KA hüquqi şəxs statusuna malik deyildir, onun rəhbərinin müvafiq sənədlərdə imzası təşkil edildiyi səviyyədən asılı olaraq bu Əsasnamə ilə müəyyənləşdirilən orqanın möhürü ilə təsdiq edilir.
1.6. KA-nın öz loqotipi və üzərində bu loqotipin əksi olan blankı, habelə bayrağı ola bilər.
II. KA-nın məqsəd və vəzifələri
2.1. KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir.
2.2. KA-nın əsas vəzifələri aşağıdakılardır:
2.2.1 Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək.
2.2.2 Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək.
2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq.
2.2.4 Tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək.
2.2.5 Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək.
2.2.6 Tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq.
III. KA-nın üzvləri
Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər KA-nın üzvü ola bilərlər.
IV. KA-nın üzvlərinin hüquq və vəzifələri
4.1. Elmi konfranslarda, olimpiadalarda və KA-nın digər tədbirlərində iştirak etmək.
4.2. KA-nın üzvlərinin vəzifələri:
4.2.1. Şagirdlər arasında elmi bilikləri təbliğ etmək
4.2.2. Seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirmək.
4.2.3. Ünsiyyət və davranış qaydalarına riayət etmək.
V. KA-nın strukturu və fəaliyyət istiqamətləri
5.1. KA məktəb, rayon (şəhər) və respublika səviyyəsində təşkil olunur.
5.2. Məktəb səviyyəsində yaradılan KA-nın (MKA) fəaliyyətinin tənzimlənməsi müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir.
5.3. MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılır və ŞEC MKA-nın strukturunda əsas qurum hesab edilir.
5.4. MKA-ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak edirlər.
5.5. MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər.
5.6. MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi üçün müvafiq işlər həyata keçirilir.
5.7. MKA görülmüş işlər barədə rayon (şəhər) KA-sına hesabat verir.
5.8. Rayon (şəhər) səviyyəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün KA (R(Ş) KA) ilə bərabər həm də elmi himayəçilik şurası (EHŞ) yaradılır.
5.9. R(Ş) KA-ya ümumi rəhbərlik yerli təhsili idarəetmə orqanı və elmi himayəçilik şurası tərəfindən həyata keçirilir.
5.10. R(Ş) KA-nın tərkibi şagirdlərdən, EHŞ-nin tərkibi isə müəllimlərdən, alim və mütəxəssislərdən ibarət formalaşdırılır.
5.11. R(Ş) KA-nın və EHŞ-nin fəaliyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə qurulur:
5.11.1. Ümumrayon (ümumşəhər) bölmələrinin, seminar və konfransların, klub və lektoriyaların, yay təlim-istirahət düşərgələrinin təşkili.
5.11.2. Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, səyyar mühazirə və seminarların keçirilməsi.
5.11.3. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq alim və mütəxəssislərin dəvət olunması.
5.11.4. Respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak üçün komandaların formalaşdırılması.
5.11.5. İşgüzar görüşlərin, təcrübə mübadilələrinin təşkili.
5.12. R(Ş) KA öz fəaliyyəti ilə respublika KA-sı (RKA) qarşısında cavabdehlik
daşıyır və ona hesabat verir.
5.13. RKA-nın ümumi fəaliyyətinə rəhbərlik və nəzarət AMEA və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
5.14. RKA-nın funksiyalarında daxildir:
5.14.1. Yaradıcılığa, elmi- tədqiqat fəaliyyətinə meyil və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak etmək.
5.14.2. R(Ş) KA-ların fəaliyyətini tənzimləmək və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində onlara elmi-metodik köməklik göstərmək.
5.14.3 Respublika səviyyəsində olimpiadalar, müsabiqə və yarışlar, elmi-təcrübi kofrans və seminarlar, “Dəyirmi masa”lar, görüşlər təşkil etmək.
5.14.4. Körkəmli alim və mütəxəssisləri istedadlı uşaq və gənclərlə işə cəlb etmək, xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin elmi himayəyə götürülməsinə nail olmaq.
5.14.5. İstedadlı uşaq və gənclərin beynəlxalq olimpiadalara və müsabiqələrə hazırlığını təmin etmək məqsədilə təşkilati tədbirlər həyata keçirmək.
5.14.6. İstedadlı uşaq və gənclərin seçilmiş elmi-tədqiqat işlərindən ibarət toplu və bukletlərin çapı ilə bağlı müvafiq tədbirlər görmək.
VI. KA-nın təsis olunması
6.1. KA müvafiq surətdə məktəb, rayon (şəhər) və respublika səviyyəsində aidiyyəti üzrə keçirilən konfranslarda təsis olunur.
6.2. Məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən IX-XI sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi, rayon (şəhər) konfransında məktəb, respublika konfransında isə rayon (şəhər) konfransında açıq səsvermə yolu ilə seçilən aidiyyəti nümayəndələr, habelə alim və mütəxəssislər iştirak edirlər.
6.3. Təsis konfransında KA-nın yaradılması elan olunur və onun tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirilir.
6.4. KA təşkil edildiyi səviyyədən asılı olaraq məktəb pedaqoji şurasının, rayon təhsil şöbəsinin təhsil şurasının, Təhsil Nazirliyinin müvafiq qərarı ilə ləğv edilir.
VII. KA-nın idarəetmə orqanları
7.1. KA-nın ali orqanı onun ilk iclasında seçilən Şura hesab olunur.
7.2. Şuranın tərkibinə KA-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edilir.
7.3. KA-nın Şurası:
7.3.1. KA-nın Prezidentini, onun müavinlərini (vitse-prezidentləri), bölmə rəhbərlərini seçir.
7.3.2. KA-nın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, iş planlarını təsdiq edir.
7.3.3. Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir.
7.3.4. Zəruri hallarda yeni bölmələrin yaradılması, habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir.
7.3.5. KA-ya üzvlük və üzvlükdən kənarlaşdırılma məsələlərinə baxır.
7.3.6. Şura iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 9b sinif şagirdi Sabit Ramazanov Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Bizim gələcək, bizimlə gələcək" adlı intellektual yarışda respublika birincisi olub.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 9b sinif şagirdi Sabit Ramazanov Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Bizim gələcək, bizimlə gələcək" adlı intellektual yarışda respublika birincisi olub.
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi