"Kiçik Akademiya"nın humanitar bölməsinin üzvi Əhədli Fatimə beynəlxalq yaradıcılıq müsabiqəsində I yerə layiq görüldü
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsi keçirildi.
Müsabiqənin keçirilməsində əsas məqsəd torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə yeni bədii mətnlər yaratmaq, uşaqlarda və gənclərdə hərbi vətənpərvərlik ruhunu daha da yüksəltmək, onlara milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hissləri aşılamaq, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsini yüksəltməkdən ibarət idi.
Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 4 nominasiya üzrə keçirildi. İştirakçılar bir nominasiya üzrə iştirak edə, təqdim edilən işləri Azərbaycan, rus və ingilis dillərində hazırlaya bilərdilər.
Müsabiqənin nitq nominasiyası üzrə qalibi Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 7e sinif şagirdi Əhədli Fatimə oldu. Qaliblər diplom və dəyərli hədiyyələrlə mükafatlandırıldı.
Qalibimizi təbrik edir və uğurlarının davamını arzu edirik.
http://youtu.be/9AiLzv9eY-g