"Kiçik Akademiya"nın konfransı keçirilib
Xətai rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin "Kiçik Akademiya"sı ilə konfrans təşkil olunub.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 10b sinif şagirdi Sabit Ramazanov və fizika müəllimi Günay Həsənova da "Kiçik Akademiya"nın konfransında iştirak ediblər. Şagirdlər hazırladıqları işləri münsiflər heyətinə təqdim edib, layihələri barədə ətraflı məlumat veriblər.