MƏKTƏBİMİZ XOCALI SOYQIRIMININ 29-CU İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ İNŞA MÜSABİQƏSİNİN QALİBİ OLDU
Bakı Şəhəri Xətai Rayon Gənclər və İdman İdarəsi tərəfindən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Xocalı Soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr olunmuş “Xocalı Soyqırımını unutma” mövzusunda onlayn inşa yazı müsabiqəsi keçirildi.
Müsabiqənin nəticələrinə görə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin şagirdi Şabanzadə Rəna birinci yerə layiq görüldü.