HAQQIMIZDA

       Məktəbin əsası 1972-ci ildə qoyulmuşdur. Məktəb ərazisinin sahəsi – 5800.00 kv.m-dir. Binanın sahəsi – 3000.00 kv.m, sinif otaqlarının sahəsi – 2200.00kv.m. Otaqların ümumi sayı -71. Bunlardan 57-si sinif otağı, 5 tədris emalatxanası, 1 idman zalı, 1 idman meydançası, 1 kitabxana, 1 akt zalı, 3 tədris və təcrübə otaqları, 1 tibb otağı, 1 yeməkxana Kabinetlər: Fizika, Biologiya, Kimya, Informatika. Məktəb 850 şagird üçün nəzərdə tutulmuşdur Hazırda məktəbdə 2037 nəfər şagird təhsil alır. Həmin şagirdlərin təhsili ilə 98 nəfər müəllim məşğul olur. 2012-ci ildə Bakı şəhər İcra hakimiyyəti tərəfindən təmir olunmuşdur. 2013-2014-cü illərdə məktəbin “Şahin” komandası həmin ad altında keçirilən hərbi-idman oyunlarının rayon turunda I yerə layiq görülmüşdür. 2014/2015- cl tədris ilində 9-cu sinif şagirdlərimiz Sabahın alimləri IV Respublika müsabiqəsində Riyaziyyat fənni üzrə 2-ci yer qazanmışdır. 2015/2016-cı tədris ilində 10-cu sinif şagirdlərimiz Məmmədova Xumar və Abdurrəhimov Əlfəddin “Gələcək Nəsillərlə üz-üzə” VI Ümumrespublika İnşa Müsabiqəsinə öz inşaları ilə qoşulmuşdur və nəticədə hər iki şagirdimiz III yerin qalibi olmuşdur. Aprelin 29-da Hyatt Regency otelində mükafatlandırma mərasimi keşirilmişdir. Şagirdlərimiz diplom və dəyərli mükafatlarla təltif olunmuşdur. 2016/2017-ci tədris ilinin nəticələrinə görə IX sinif şagirdlərindən 97 nəfər şəhadətnamə onlardan 1 nəfər fərqlənmə şəhadətnaməsi almışdır. İlin nəticələrinə görə XI sinfi 65 şagird bitirmiş, 50 nəfəri ali məktəblərə sənəd vermiş, 35 nəfər ali təhsil müəssisəsinə qəbul olunmuşlar. Onlardan 5 nəfəri 600-dən yuxarı bal toplamışdır. 2020/2021-ci tədris ilində 11a sinf şagirdi Şabanova Rəna Malik qızı məktəbi qızıl medalla bitirmiş və döş nişanına layiq görülmüşdür.

Son 4 ilə nəzər salsaq;

 2019/2020-ci tədris ilində məktəbdə 51 sinif 1642 şagird

 2020/2021-ci tədris ilində 55 sinif 1894 şagird

 2021/2022-ci tədris ilində - 58 sinif 2110 şagird

 2023/2024-cü tədris ilində 60 sinif olmaqla sentyabr ayı üçün şagird sayı 2030 nəfərdir.

 Statistikaya əsasən bu illər ərzində qəbul göstəriciləri də yüksək olmuşdur.

 

Məktəb IX-siniflərin buraxılış imtahanının reytinq cədvəlinə görə BŞTİ məktəbləri üzrə:

2019/2020-ci tədris ilində 51-ci yerdə

2020/2021-ci tədris ilində 29-cu yerdə

2021/2022-ci tədris ilində 70-ci yerdə qərarlaşıb.

2021/2022-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə 5 nəfər, tam orta təhsil səviyyəsi üzrə 8 nəfər fərqlənmə nümunəli attestat almışdır.

   2021/2022-ci tədris ilində 86 №-li tam orta məktəbin yadda qalan uğurları olmuşdur. Beləki, “Rəqəmsal gələcəyə addım” Kod saatı”” müsabiqəsində 9 şagird -I dərəcəli diploma layiq görülmüşdür.

Həmçinin şagirdlərimiz “Zəfər Günü” nə həsr olunmuş Mini futbol yarışında Xətai rayonu üzrə III yer, Nağıl müsabiqəsində II yer, Təhsil Nazirliyi və Avtomobil Federasiyası ilə birgə təşkil etdiyi məktəblərarası intellektual yarışda IV yerə layiq görülərək diplom və təşəkkürnamələrlə təltif olunmuşdurlar.

   BŞTİ tərəfindən Təşəkkür məktubu

   “Nizami Gəncəvinin əsərlərində elmi yanaşmalar layihəsində 2 nəfər şagirdimiz qalib adını qazanmışdırlar. “Şahin” hərbi-idman oynunda məktəb Xətai rayonu üzrə III yerə layiq görülmüşdür.

2022/2023-cü tədris ili də yadda qalan tədbirlər, müsabiqələr ili oldu.

Məktəbdə “Şuşa ili”nə, “Yol hərəkətinin təhlükəsizliyi”, “Psixotrop maddələrin insan sağlamlığına zərəri” Tarix yazan qəhrəmanlarımız!, “Əhməd Cavadın 130 illiyi” nə həsr olunmuş geniş miqyaslı tədbir keçirilmişdir. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 9e sinif şagirdi Əhədli Fatimə “Zəfər dastanı” şeir respublika müsabiqəsində qalib gələrək, II yerə layiq görülüb. Şagirdlərimiz İctimai Televiziyada yayımlanan “7 Şüşə” oyununda rəqiblərini məğlub ediblər və adlarını qaliblər siyahısına yazdırıblar.

 

   Məktəbdə may ayında “Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı genişmiqyaslı tədbir keçirilmişdir.

   Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gənclərin Respublika Bədii Yaradıcılıq Evi” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsində  məktəbin 9d sinif şagirdi Aysu İsmayılova mahnı nominasiyası üzrə qalib gələrək III yerə layiq görülüb.

   Bakı şəhəri Gənclər və İdman İdarəsinin Xətai rayon məktəbləri arasında polis serjantı şəhid Rasim Oqtay oğlu Məmmədovun xatirəsinə həsr olunmuş " Şahmat turiniri "ndə məktəbin 6f sinif şagirdi Məmməd Məmmədzadə, 7d sinif şagirdi Türkan İsayeva, 10e sinif şagirdi Ağaməmməd Mirzəyevdən ibarət “Mübarizlər” komandası rəqib komandaların iştirakçılarını məğlub edərək I yerə layiq görülüblər. 

    Noyabrın 27-də Heydər Əliyev Mərkəzində orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Yollarda təhlükəsiz davranışı öyrənək” III intellektual yarışın üç turunun yekununa əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin şagirdləri rəqiblərinə qalib gələrək, II yerə layiq görülüblər. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi