"Kiçik Akademiya"nın təbiət bölməsinin üzvləri "Sabahın Alimləri" X Respublika müsabiqəsinin final turunda

Azərbaycanda “Sabahın alimləri” Respublika Müsabiqəsi 2012-ci ildən başlayaraq keçirilməyə başlanılıb. Müsabiqə İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir. Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəbliləri seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilir. Müsabiqədə qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirildi. Qeydiyyatdan 226 layihə keçsə də, pandemiya şəraiti səbəbindən müsabiqəyə 154 layihə təqdim olunub. Sabahın alimləri X Respublika müsabiqəsində iştirak edən M. Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 9cu sinif şagirdləri Həsəni Cavid Nəsrullah oğlu və Hacıyev Rza Canbulat oğlu "Yaşamaq yaxşıdır, sağlam yaşamaq daha yaxşıdır" adlı lahiyə hazırlayıblar. Həmin layihə finala vəsiqə qazanan 20 layihədən biridir. Bu layihənin elmi rəhbəri 86 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi Hüseynova Firuzə Ağa-Cəfər qızı şagirdlərə layihənin hazırlanmasında istiqamət verib. Layihənin məqsədi ölkəmizin 10 iqtisadi rayonunda daha çox yayılan xəstəliklərin qarşısını almaq və həlli yollarını tapmaqdır. Layihə azad edilmiş torpaqlarımızda yayıla bilən xəstəliklər haqqında da bəhs edir və onların qarşısını almaq üçün həlli yollarını təklif edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi