Məktəb kitabxanası- dünyaya açılan qapı

   Uşaqlar kitabla daha çox məktəbdə- məktəb kitabxanasında tanış olurlar. Onları maraqlandıran sualların çoxu ilə bağlı materiallar uşaqların dünyanı tanımalarına, daha geniş məlumat əldə etmələrinə yol açır. 1999-cu ildə UNESKO-nun oktyabr ayının 22-ni Beynəlxalq Məktəb Kitabxanaları Günü kimi qeyd etmək təşəbbüsü də məhz bu məqsədə xidmət edib. 2005-ci ilin oktyabr ayından isə Beynəlxalq Məktəb Kitabxanaları Assosiasiyasının prezidenti Piter Qenko bu tarixi rəsmiləşdirib.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə şagirdlərin kitabxana ilə tanışlığı üçün birinci sinif şagirdlərinin məktəb kitabxanasına ekskursiyası təşkil olunub. Kitabxananın rəhbəri Gülnarə Abbasova şagirdləri Azərbaycan, rus və ingilis ədəbiyyatı nümunələri və digər xarici ölkə yazıçılarının əsərləri ilə tanış edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi