“Təbiətdən incəsənətə”
Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Tədbirlər planının icrası, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin oktyabr ayı ərzində “Məktəblərdə ekologiya ayı” adlı layihəsinin keçirilməsi nəzərdə tutulmuşdur.
“Məktəblərdə ekologiya ayı” adlı layihəsinə əsasən təhsil alanların ekoloji maariflənməsi, istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, təbiət fənlərinin digər fənlərə inteqrasiyasını təşkil etmək məqsədilə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Uşaq Birliyi Təşkilatı Rəhbəri Şərqiyyə Əliyevanın təşəbbüsü ilə “Təbiətdən incəsənətə” mövzusunda yaradıcılıq müsabiqəsi təşkil olunub. Şagirdlər bitki, meyvə toxumları, məişət tullantılarından müxtəlif əl işləri hazırlayıblar və həmin incəsənət nümunələri məktəb guşəsində nümayiş olunub.