"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiqi
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə “Şagird davranış qaydaları”nın tətbiqi ilə əlaqədar görülən işlər davam edir. Ümumi təhsil müəssisələrinə qadağan olunmuş əşyaların- kəsici və deşici alətlər, təhlükəli, zəhərli və ya tez alışan maddələr, kibrit və alışqanlar, siqaret, elektron siqaret, saqqız, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarların gətirilməsinin qarşısını almaq məqsədilə şagirdlərin çantaları müntəzəm olaraq yoxlanılır. Həmçinin "Şagird davranış qaydaları” ilə bağlı valideynlərin də maarifləndirilməsi məqsədilə tez-tez onlarla görüş keçirilir. Məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Leyla Binnətova çıxış edərək bildirib ki, bu qaydalar təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verir.