31 mart - Soyqırım günü

Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə 31 martda Azərbaycanlıların Soyqırımı Günü qeyd olunur. Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər öz siyasi - hüquqi qiymətini almamış bu soyqırım tarixin qanlı səhifələrindən biridir. Hər il bu gün erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədiyi soyqırım və terror siyasətinin günahsız qurbanlarının xatirəsi ehtiramla yad edilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi barədə “ 06.03.2018-ci il tarixli F-122 №-li əmrin icrasını təmin etmək məqsədi ilə məktəbin təsdiq edilmiş tədbirlər planının icrası istiqamətində silsilə tədbirlər keçirildi.
V-VII sinif şagirdləri tərəfindən hazırlanan divar qəzetlərində faciənin dəhşətlərini əks etdirən şəkillər, tarixi faktlar, bu müdhiş günə həsr olunmuş şeirlər öz əksini tapmışdır. 27, 28 və 29 mart 2018-ci il tarixlərində VIII- X sinif şagirdləri arasında “Azərbaycanlıların soyqırımı tarixin sağalmaz yarasıdır” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.