“ İnsan hüquqları “ qəzetlərimizdə

Ənənəvi olaraq bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları aylığı” elan edilmişdir.Bununla əlaqədar şagirdlərə divar qəzetləri hazırlamaq tövsiyə olundu. Şagirdlərin bu mövzuda qəzetlər hazırlaması həm onların mövzuya olan marağını artırır, həm də yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir.Bu gün həmin qəzetlər nümayiş etdirildi. Şagirdlərin əl işləri insan hüquqlarının əhəmiyyətini anlamağa və geniş kütləyə çatdırmağa xidmət edirdi.