Nailiyyətlərimiz

Şahmat çempionumuzMəktəbimizin 8-ci sinif şagirdi Toğrul Yaqubov kiçik yaşlarından şahmatla məşğul olur. Dəfələrlə yarışlarda özünü sınamış və qələbələr qazanmışdır. O, “Təhsil“ Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi tərəfindən 11.02.2018-ci il tarixdə keçirilən Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş blits turnirində iştirak etmiş və 1- ci yerə layiq görülmüşdür. Rəqiblərini üstələyərək 7 oyundan 7 xal qazanaraq rekordu təzələmişdir. Məşqçisi Orxan Talışzadə bildirir ki , Toğrul hələ potensialının yarı faizini nümayış etdirə bilib. O, 120 tələbəsi arasında xüsusi istedada malik olan Toğrulu gələcəkdə dünya çempionu görmək arzusundadır.

Çempionumuz11c sinif şagirdimiz Şahbazov Elşad 10 yaşından idmanın kikboksinq növü ilə məşğul olur. Dəfələrlə rayon, şəhər birinciliyində qalib kimi onu sevənləri sevindirmişdir.Böyüdükcə uğurları da böyüdü .Azərbaycan çempionatı 2014,2015-II yer; 2016,2017 -I yer ; Gənclər arasında Dünya çempionatı - I yer ( Yunanıstan 2014); WAKO Dünya kuboku -II yer ( İtaliya 2015); Gənclər arasında Avropa çempionatı - III yer ( Makedoniya 2017); Açıq Dünya çempionatı -I yer ( Ukrayna 2017); Elşadı təbrik edir, daha böyük uğurlar arzulayırıq.

GƏNC FİZİKLƏRİMİZİN QƏLƏBƏSİBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc fiziklərin yaradıcılıq müsabiqəsinin final mərhələsinə vəsiqə qazanan məktəblər məlum oldu. Suraxanı rayonu üzrə məktəbimizin komandası I yerə layiq görüldü. Gənc fiziklərimizi təbrik edir, onlara finalda uğurlar arzulayırıq.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Gülər Həşimova Mirsəlim

Nicat Qorçiyev Ədalət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi