İnsan hüquqları aylığı

“ İnsan hüquqları aylığı “ çərçivəsində siniflərdə təşkilat saatları keçirildi.Şagirdlər uşaq hüquqları ilə bağlı bildiklərini yada salaraq nümayiş olunan slaydlarda hüquq pozuntularına münasibət bildirdilər. Dünyanın müxtəlif yerlərindən olan uşaqların hüquqlarının necə pozulduğunu fotoşəkillər vasitəsilə diqqətlə izləyən şagirdlər bu halların qarşısını almaq üçün çıxış yolları üzərində müzakirələr apardılar.