Əziz balalar, bayramınız mübarək !

             1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu gün bütün dünyada qeyd olunur və uşaq hüquqlarını qorumaq, onların rifahını təmin etmək məqsədi ilə təşkil olunur. 
             Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkili məqsədilə məktəbdə bayram tədbiri keçirildi. Bayram tədbirində şagirdlərin  ifasında rəngarəng rəqslər, kompozisiyalar nümayiş etdirildi, müxtəlif musiqilər səsləndirildi. İdmanın müxtəlif növləri üzrə nömrələr göstərildi, gənc şahmatçılar mübarizəyə qoşularaq yarışdılar.Gənc rəssamların asfalt və kətan üzərində çəkdikləri rəsmlər xüsusi maraqla qarşılandı. Tədbirin sonunda həm V siniflər arasında tarix fənni üzrə keçirilən bilik yarışında iştirak edən komandalar , həm də bayram tədbirində fəallıq göstərən şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi