Bəxtiyar Vahabzadə - 100

Azərbaycan poeziyası tarixində özünəməxsus yeri və mövqeyi ilə seçilən Bəxtiyar Vahabzadə zəngin və rəngarəng poetik dünyası ilə yaratdığı söz mülkündə ustad bir şair kimi müdriklik zirvəsinə yüksəldi. Yaradıcılığa şeirlə başlayan, sonralar poema və dram əsərlərinin müəllifinə çevrilən şair zamanın girdabında mücadilədən dönmədi. Haqq səsi ucaldı, mətinliyi ilə seçildi və misralardan süzülən od-alovlu fikiri milyonlarla insanın fikir dünyasına əxz olundu. Prezident İlham Əliyevin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli Sərəncamına əsasən bu gün məktəb kitabxanasında dəyirmi masa keçirildi.Tədbirdə kitabxana müdiri Yaqut Baxşəliyeva şairin yaradıcılığı barədə danışdı. O qeyd etdi ki, Bəxtiyar Vahabzadə ana dilinin qorunması, onun saflığının saxlanılması üçün bütün insanları - azərbaycanlıları anasına hörmət etdiyi tək, ana dilinə də belə məhəbbət və ehtiramla yanaşmağa səsləyirdi. Tədbirin sonunda şagirdlərin ifasında şairin şeirləri səsləndirildi.