Milli kimliyimiz

“ Konstitusiya və Suverenlik ili “ elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən bu gün məktəbin tarix müəllimi Firidun Həsənovun təşkilatçılığı ilə V siniflər arasında bilik yarışı keçirildi. Yarışda hər 3 sinfin komandası iştirak edirdi. Yarışma 3 mərhələdən ibarət idi. Hər mərhələ Azərbaycan tarixinin müxtəlif dövrlərini əhatə edirdi. Bilik yarışının keçirilməsində məqsəd şagirdlərin Azərbaycan tarixi fənninə marağın artırılması və tariximizi mükəmməl mənimsənilməsindən ibarət idi.