HAQQIMIZDA

290 nömrəli məktəb 1994-cü ilin yanvar ayının 12-dən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər kabinetinin 17 sentyabr 1996-cı il tarixli 124 №-li qərarı ilə məktəb Qarabağ döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Səməd Kamal oğlu Abdullayevin adını daşıyır. Məktəb Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli sərəncamı ilə "İlin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi elan edilmişdir. Məktəbdə təhsil alan 1170 şagirdin təlim-tərbiyəsi ilə 67 müəllim məşğul olur. Onların içərisində  1 "Əməkdar müəllim", 1 "Qabaqcıl təhsil işçisi", 5 "İlin müəllimi" vardır. Məktəbimiz təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi sahəsində qazandığı nailiyyətlərə, məzunlarının ali məktəblərə tələbə qəbulunda ardıcıl olaraq göstərdiyi yüksək nəticələrə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2014-2015-ci tədris ilində IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi