FƏXRİMİZ

Səməd Kamal oğlu  Abdullayev  

 

Səməd Kamal oğlu Abdullayev 11 oktyabr 1961-ci ildə Füzuli rayonunun Yuxarı Veysəlli kəndində anadan olmuşdur.

1978-ci ildə Füzuli rayonu Yuxarı Veysəlli kənd orta məktəbini bitirmişdir.         

1979-cu ildə Azərbaycan Dövlət Universiteti nəzdində hazırlıq fakültəsinə daxil olmuşdur.

1981-1983-cü illərdə Tallin Baltik dəniz donanmasında hərbi xidmət keçmişdir.

1983-cü ildən Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin post – patrul xidməti rotasında əmək fəaliyyətinə başlamışdır.

1990-cı ildə Rzayev adına Xüsusi Milis məktəbinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirmişdir.

 Vətənə olan məhəbbəti onu Füzuli rayonuna - döyüş bölgəsinə aparmışdır. 16 sərhəd kəndinin (Qardağlı, Xatınbulaq, Körazallı, Pirəhmədli, Qarasollu və s.) müdafiəsində iştirak etmişdir.

1993-cü  ilin 12  avqustu Füzuli Rayon Polis şöbəsinin sahə inspektoru polis – leytenantı Səməd Kamal oğlu  Abdullayevin son döyüş tarixi olmuşdu.

O, şəhidlər xiyabanında dəfn edilmişdir.  

Azərbaycan Respublikasının Nazirlər kabinetinin 17 sentyabr 1996-cı il tarixli 124 №-li qərarı ilə Suraxanı rayonu Yeni Günəşli “D” yaşayış sahəsində yerləşən

290 №-li orta məktəbə şəhid Səməd Kamal oğlu Abdullayevin adı verilmişdir.

 Məktəbin həyətində onun büstü ucadılmışdır.

 O, vətəni müdafiəyə gedərkən ailəli idi və arxada iki övlad qoymuşdur. Övladları–Emil və Aynur atalarının adını daşıdığı məktəbin məzunu olmuşlar.

     

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi